Ehtiyatsızlıq bir insanın həyatına son qoydu

Sürücü işləyən 1991-ci il təvəllüdlü Mürtuz Muradov ehtiyatsizlıqdan idarə etdiyi “QAZ-51” markal yük maşını ilə iş yoldaşı, 1947-ci il təvəllüdlü Əhməd Malaxovu vurub.
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 13 may — Sputnik. Balakən kərpic zavodunda fəhlə faciəli şəkildə ölüb.

Hadisə “Balakən Kərpic İstehsalı Müəssisəsi” MMC-nin həyətində baş verib. Orada sürücü işləyən 1991-ci il təvəllüdlü Mürtuz Muradov ehtiyatsizlıqdan idarə etdiyi “QAZ-51” markal yük maşını ilə iş yoldaşı, 1947-ci il təvəllüdlü Əhməd Malaxovu vurub. Ə.Malaxov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam edir.