BAKI, 13 may — Sputnik. Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə DTX məlumat yayıb. Bildirilib ki, hazırda araşdırmalar davam etdirilir.
İctimaiyyətə əlavə məlumat veriləcəkdir.