İQTİSADİYYAT

Bu xəmir hələ çox su aparacaq - Baş bankir sərt danışdı

"Məhz ilkin qiymətləndirmələrdə 4 bankda vəziyyətin kritik olması müəyyənləşdi. Əgər bu olmasaydı, yəqin ki, 4 bankın siyahısı geniş olardı"
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 13 may — Sputnik. "Biz bütün bankları tam yoxlayıb başa çatdırmamışıq".  Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında bildirib. O deyib ki, qiymətləndirmələr aparılır: "Məhz ilkin qiymətləndirmələrdə 4 bankda vəziyyətin kritik olması müəyyənləşdi. Əgər bu olmasaydı, yəqin ki, 4 bankın siyahısı geniş olardı. Biz bu sahənin şəffaflaşması üçün bütün qüvvələrimizi səfərbər etmişik. Düşünürəm ki, bu sahədə nəzarət mexanizmini daha da gücləndirəcəyik".

Elman Rüstəmov qeyd edib ki, bu gün bankların təqdim etdiyi hesabatlara etibar etmək olar: "Ola bilər ki, 1-2 faiz geriləmə var. Bütövlükdə isə, bankların hesabatlarına inanmaq olar".