BMT baş katibi sanksiyaların ləğvi ilə bağlı çağırışı dəstəklədi

BMT baş katibi martın 26-da "İyirmilər qrupu" liderlərinə müraciətində ölkələrin pandemiya çağırışlarına effektiv cavab vermək qabiliyyətini zəiflədən sanksiyalardan çəkinməyə çağırdığını xatırladıb.
Sputnik

BAKI, 13 may — Sputnik. BMT Baş katibi Antoniu Quterreş Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Leonid Slutskinin koronavirus pandemiyası fonunda birtərəfli sanksiyaların aradan qaldırılmasının vacibliyinə dair Avropa İttifaqı, ABŞ və parlament təşkilatlarının siyasətçilərinə müraciətini dəstəkləyib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə RİA Novosti yazır.

"Mən bu qlobal çağırışın bir sıra aspektlərinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyi barədə fikirlərinizlə tam razıyam. Mən BMT-yə üzv dövlətləri, o cümlədən Rusiya Federasiyasını, zəmanəmizin ən böyük səhiyyə böhranına qarşı mübarizədə bir-birini dəstəkləməyə çağırıram", - Quterreş məktubunda bildirilib.

BMT baş katibi martın 26-da "İyirmilər qrupu" liderlərinə müraciətində ölkələrin pandemiya çağırışlarına effektiv cavab vermək qabiliyyətini zəiflədən sanksiyalardan çəkinməyə çağırdığını xatırladıb.

"Və mən martın 27-də üzv ölkələrlə brifinq zamanı çağırışımı təkrarladım. Mən bundan sonra da ictimai və fərdi qaydada bu məsələlərin həllində fəal iştirak etmək niyyətindəyəm", - Quterreş vurğulayıb.

Son məlumatlara görə, dünyada artıq 4 milyondan çox koronavirusa yoluxma faktı qeydə alınıb, 283 mindən çox insan dünyasını dəyişib.

Bundan əvvəl BMT Baş katibi Antoniu Quterreş dövlətləri bütün münaqişələri dayandırmağa və COVID-19 ilə mübarizə aparmaq üçün birləşməyə çağırıb.