CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Əziz müəllimim” mahnısının bəstəkarından “Mehriban həkim” layihəsi

“Mehriban həkim” mahnısına “İctimai Televiziya” tərəfindən maraqlı sujet xətti olan klip də çəkilib.
Sputnik

BAKI, 12 may — Sputnik. Səhnə adı SİVVA olan, bəstəkar-müğənni Sevinc Ağasıyeva bu dəfə həkimlər üçün oxuyub.

Sputnik Azərbaycan xəbər verir ki, sözləri Mirmehdi Seyidzadəyə aid olan “Mehriban həkim” mahnısının musiqisi Sevinc Ağasıyevaya, aranjemanı Samir Şirinova aiddir. “Mehriban həkim” mahnısına “İctimai Televiziya” tərəfindən maraqlı sujet xətti olan klip də çəkilib. Klipin rejissoru Vüsal Həmdullayevdir. Bəllidir ki, koronavirusla mübarizədə həkimlərimizin, ümumilikdə bütün tibb işçilərinin üzərinə böyük yük düşür. Elə buna görə də “Mehriban həkim” layihəsi öz işini məsuliyyətlə görən, vicdanlı həkimlərə həsr olunub.