RUSİYA

On mindən çox yoluxma, yüzdən çox ölü – Qonşu ölkədə nə baş verir

Rusiyada pandemiya yayılandan 2116 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 3711 nəfər olub
Sputnik

BAKI, 12 may — Sputnik. Bir sutka ərzində Rusiyanın 83 regionunda 10 min 899 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 107 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 232243-ə çatıb.

Rusiyada pandemiya yayılandan 2116 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 3711 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 43512-yə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,1 milyonu keçib, 286 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.