HADİSƏ

Nəsimi rayonunda karaoke klubdan və avtomobildən oğurluq edən şəxs saxlanılıb

Naməlum şəxs obyektin giriş qapısının açarını qıraraq içəridən televizor və noutbuk oğurlayaraq hadisə yerindən qaçıb. Oğurluq zamanı obyekt sahibinə ümumilikdə 800 manat ziyan dəyib.
Sputnik

BAKI, 12 may — Sputnik. Nəsimi rayonu Bəşir Səfəroğlu küçəsində yaşayış binasının zirzəmisində yerləşən karaoke klubundan oğurluq edilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, naməlum şəxs obyektin giriş qapısının açarını qıraraq içəridən televizor və noutbuk oğurlayaraq hadisə yerindən qaçıb. Oğurluq zamanı obyekt sahibinə ümumilikdə 800 manat ziyan dəyib. Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Cəmil Mirzəyev saxlanılıb. O, ifadəsində oğurladığı əşyaları 127 manata satdığını bildirib.

Nəsimi rayonunda karaoke klubdan və avtomobildən oğurluq edən şəxs saxlanılıb

Saxlanılan şəxsin ətrafında aparılan əlavə əməliyyat tədbirləri zamanı onun Nəsimi rayonu Səməd Vurğun küçəsində bir "VAZ 2121" markalı avtomobilin salonundan iki ədəd mobil telefon oğurlayaraq satdığı da məlum olub.

Qeyd olunan faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.