CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sərhəddə əməliyyat: canlarını qurtara bildilər, malları qaldı

Həmin gün DİN əməkdaşları ilə birgə keçirilən əməliyyat tədbiri nəticəsində Astara rayonunun Pəlikəş kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 5,56 kilo­qram"heroinə" oxşar vasitə aşkar olunub
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 12 may — Sputnik. Son bir neçə gün ərzində 3 halda 55 kiloqram 360 qram narkotikə oxşar vasi­tənin İran İslan Respublikasından Azərbaycan əra­zisinə gətirilməsinin qarşısı alınıb.

DSX-nin Mətbuat Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mayın 10-da Astara rayonunun Orucməhəllə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən dövlət sərhədinin pozulmasına cəhd əlamətləri aşkar olunub, əraziyə baxış keçirilərkən sahibsiz halda 1 ədəd çanta tapılıb. Çan­tada 3 ədəd bağlamada ümumi çəkisi 11,9 kiloqram olmaqla 4900 qram marixuanaya, 3450 qram heroinə, 1550 qram tiryəkə, 2000 qram metamfetaminə, 3800 ədəd "Metadon M-40" həbinə oxşar vasitə aşkar olunub.

Həmin gün DİN əməkdaşları ilə birgə keçirilən əməliyyat tədbiri nəticəsində Astara rayonunun Pəlikəş kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 5,56 kilo­qram heroinə oxşar vasitə aşkar olunub.

Mayın 11-də Beyləqan rayonunun Əhmədli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 1 nəfər sərhəd pozucusunun hərəkəti aşkar olunaraq ona "dayan" əmri verilib, qaçaqmalçı dövlət sər­hədindən qanunsuz keçirdiyi əşyaları ataraq geri qaçıb. Həmin əşyalara baxış keçirilib, sellofan bağlamalarda ümumi çəkisi 37,9 kiloqram olmaqla, 19180 qram tiryəkə, 16305 qram heroinə, 2415 qram marixuanaya oxşar vasitə aşkar olunub.

Qeyd edilən faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.