Prezident İlham Əliyev Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavininin və məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Çingiz İsgəndər oğlu Əsgərov Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini təyin olunub.
Hüquqşünas Əkrəm Həsənov Sputnik Azərbaycan-a deyir ki, görülən işlərin dəyişikliklərin başlanğıcı olmasına ümid edir:
“Son təyinatlar da onu göstərir ki, yeni şəxslər kifayət qədər yüksək biliyə və dürüstlüyə malikdirlər. İslahatların digər məhkəmə instansiyalarında da aparılması labüddür. Düşünürəm ki, ölkədə islahatlar aşağıdan yuxarıya doğru aparılır və məhkəmə sistemində də bu islahatlar ən yüksək pillədə davam etdiriləcək”.
Əkrəm Həsənovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz