CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı sakini evdə işləyən usta ilə anasını bıçaqladı

Quliyev hadisədən bir neçə saat sonra özünü öldürmək istəyib. Bu zaman ona mane olmağa çalışan anasını da bıçaqlayıb
Sputnik

BAKI, 12 may — Sputnik. Bakı şəhəri Yasamal rayonunun Ş.Əzizbəyov küçəsi, ev 34-də bıçaqlanma hadisəsi baş verib.

Sputnik Azərbaycan hüquq-mühafizə orqanlarına istinadla xəbər verir ki, həmin ünvanda yaşayan Elnur Quliyev yaşadığı mənzildə usta işləyən Kamil Sədrəddinbəyovu bıçaqlayıb.

Quliyev hadisədən bir neçə saat sonra özünü öldürmək istəyib. Bu zaman ona mane olmağa çalışan anasını da bıçaqlayıb.

Xəsarət alanlar xəstəxanaya çatdırılıblar. E.Quliyev isə şübhəli qismində saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb.