CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiyaya aparan yollardan biri ödənişli olacaq

Rusiya sərhədinə qədər yeni inşa edilən avtomagistralın 100 kilometrə yaxın hissəsinin tikintisi bitmək üzrədir
Sputnik

BAKI, 12 may — Sputnik. Bakı-Quba-Rusiya sərhədi avtomobil yoluna alternativ çəkilən M1 magistral yolunun 100 kilometrlik hissəsinin tikintisi yekunlaşmaq üzrədir.

Sputnik Azərbaycan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına istinadla xəbər verir ki, artıq adıçəkilən yolda tamamlanma işləri aparılır: "Rusiya sərhədinə qədər yeni inşa edilən avtomagistralın 100 kilometrə yaxın hissəsinin tikintisi bitmək üzrədir. Bakı-Quba-Rusiya sərhədi avtomobil yoluna alternativ çəkilən yol ödənişli olacaq".