BAKI, 11 may — Sputnik. İranda daha 45 nəfər koronavirusun qurbanı olub.
Sputnik Azərbaycan-ın məlumatına görə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 6 685 nəfər olduğunu deyib.
O bildirib ki, daha 1 683 nəfərdə koronavirus aşkarlanıb və bununla da infeksiya daşıyıcılarının sayı 109 286 nəfərə çatıb.
K.Cahanpur 87 422 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını söyləyib.
O həmçinin 2 703 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin
İran hökumətinin nümayəndəsi Əli Rabii isə bildirib ki, ölkədə may ayının 16-dan orta məktəblərdə dərslərin bərpa edilməsi nəzərdə tutulur. Hökumət sözcüsü əlavə edib ki, orta ixtisas təhsil müəssisələrinin açılmasına icazə verilsə də, məktəblərdə keçirilən dərslərdə şagirdlərin iştirakı məcburi olmayacaq.