FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Həftənin fotosu: Hindular karantində, ikiqat göy qurşağı və ideal selfi

Sputnik

Ötən həftə bir sıra parlaq hadisələrlə yadda qaldı. Artıq bir neçə aydır ki, bütün dünya koronavirus pandemiyası ilə yaşayır. Yoluxanların sayı artıq 4 milyon nəfəri keçib və hər gün də armaqdadır. Amma bəzi ölkələrdə xəstəliyə yoluxmanın ən yüksək həddi keçilib və karantin rejimi yumşaldılıb. ABŞ-da, bir sıra Avropa ölkələrində, eləcə də Rusiyada isə vəziyyət kəskin olaraq qalır.

Ötən həftə alman faşizmi üzərində qələbənin 75 illiyi qeyd edildi. Bayram tədbirləri koronavirisin həyatımıza etdiyi korrektələr baxımından, bir qədər fərqli keçirildi. Mayın 9-na nəzərdə tutulan kütləvi tədbirlər, Moskvada Qırmızı Meydanda keçirilməli olan hərbi parad təxirə salındı.

Ötən həftə dünyanın hansı hadisələrlə yaşadığını bir daha xatırlamaq üçün ən müxtəlif ölkələrdən toplanan          şəkillərə baxmağı təklif edirik. Yadda qalan hadisələrə, eləcə də dünyanın aparıcı agentliklərinin müxbirlərinin çəkdiyi emosional anlara Sputnik Azərbaycan-ın fotolentində baxın.

1 / 27
Madriddə qraffiti fonunda selfi edən kişi
2 / 27
Hindistanda polis zabiti karantin qaydalarını pozan şəxsi dəyənəklə vurur
3 / 27
Qoruyucu maskada olan qəbilə üzvləri Braziliyada Saxu-Ape camaatlığında təcili yardım çağırırlar
4 / 27
Vyetnamda balıqçılar
5 / 27
Novosibirskdə Böyük Vətən Müharibəsi veteranı Aleksandr Primakı təbrik edən qarmonçu və ifaçı
6 / 27
Tripolidə etiraz aksiyasının iştirakçısı və hərbi qulluqçu
7 / 27
Su-24 bombardmançıları Moskvada Qələbə paradının məşqi zamanı
8 / 27
Filippində "Ulduz müharibələri" personajının kostyumunda olan zabit qayıqda humanitar yardım çatıdırır
9 / 27
ABŞ Prezidenti Donald Tramp Feniksdə "Honeywell" tibbi maska istehsalı zavodunda
10 / 27
İspaniyada qadın koronavirus epidemiyası ilə əlaqədar məhdudiyyətlərin aradan qaldırılmasından sonra ayrılmış vaxtda idman edir
11 / 27
Keniyada yol kənarında ticarətlə məşğul olan qadının üzərində ikiqat göy qurşağı
12 / 27
Keniyada küçələrin dezinfeksiyası
13 / 27
Sahibkarlar Kiyevdə Ukrayna Prezident Administrasiyasının binası yaxınlığında karantinin ləğv olunmasını tələb edirlər. Aksiya iştirakçıları orta və kiçik biznes üçün karantin rejiminin yumşaldılması tələbi ilə "yay kafesi" təşkil ediblər.
14 / 27
Yohannesburq sakinləri dövlət tərəfindən paylanılan pulsuz yemək paketləri ilə
15 / 27
Argentina iqtisadi zonasında saxlanılan Çin bayrağı altında üzən balıqçı gəmisi
16 / 27
İndoneziyada transformer kostyumunda olan kişi koronavirusla əlaqədar insanları evdə qalmağa çağırır
17 / 27
Fransada pişiyin müşahidə etdiyi insan özünütəcrid rejimində keçirdiyi günləri təbaşirlə qeyd edir
18 / 27
Kloun geyimində olan kişi Sürixdə küçədə gəzir
19 / 27
Frankfurt səmasında aya mənzərə
20 / 27
Yəməndə qoruyucu maskada olan təhlükəsizlik xidmətinin əməkdaşları
21 / 27
Taylandda Everan məbədində qoruyucu maskada olan rəqqasələr
22 / 27
Tibbi maskada olan qızlar Milanda Kastello meydanında selfi çəkirlər
23 / 27
İstanbul səmasında ildırım
24 / 27
Nepalda qoruyucu geyimdə olan tibb işçiləri azyaşlı qızın üzərinə dezinfeksiya məhlulu vururlar
25 / 27
Milanda parkda istirahət edən insanlar
26 / 27
Baykal gölü
27 / 27
Nyu-Yorkda mobil meyitxanalar