BAKI, 11 may — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 3 392 nəfərə çatıb.
Sputnik Ermənistan-ın məlumatına görə, son sutka ərzində 79 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, son iki gün ərzində 3 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 46 nəfər koronavirusun qurbanı olub, 1 970 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan olunub.