HADİSƏ

Çay daşdı, iki maşın suyun altında qaldı

Rayonun Dərk və Yerfi kəndlərindən keçən hissəsində sel "Niva" və "UAZ" markalı avtomobilləri aparıb.
Sputnik

Leyla Abdullayeva, Sputnik  Azərbaycan 

BAKI, 11 may - Sputnik. Günlərdir dayanmadan yağan yağış şimal bölgəsində fəsadlar törədib. Güclü yağan yağışın təsirindən Qubadakı dağ çayı olan Vəlvələçayda suyun səviyyəsi qalxarıb və sel gəlib. Sel 2 nəqliyyat vasitəsini aparıb. Bu barədə Quba rayon FHN sədri Allahverdi Xudaverdiyev Sputnik Azərbaycan-a danışıb.

Onun sözlərinə görə, hazırda vəziyyət stabildir: "Vələvələçayda suyun səviyyəsinin qalxması, sel gəlməsi nəticəsində bir neçə körpüyrə ziyan dəyib. Hazırda texnikalar əraziyə cəlb olunub. Körpülərin bəzilərində bərpa işləri aparılır. Bəzilərinin təmiri üçün isə suyun tam enməsi lazımdır".

Onu da qeyd edək ki, rayonun Dərk və Yerfi kəndlərindən keçən hissəsində "Niva" və "UAZ" markalı avtomobilləri sel aparıb. Xoşbəxtlikdən avtomobildəkiləri xilas etmək mümkün olub.