CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kürdəmirdə hamilə qadın güllə xəsarəti alıb

Hazırda rayon Kürdəmir Polis Şöbəsinin əməkdaşları hadisənin necə baş verməsi ilə bağlı araşdırma aparırlar.
Sputnik

BAKI, 11 may - Sputnik. Kürdəmir rayonunda silahlı insident olub.

"Report" xəbər verir ki, hadisə Sığırlı kəndində qeydə alınıb.

Belə ki, 20 yaşlı kənd sakini Mövlayeva Könül İbrahim qızı yaşadığı evin həyətində naməlum şəraitdə güllə yarası alıb. Yaralı yaxınlıqdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Hazırda rayon Kürdəmir Polis Şöbəsinin əməkdaşları hadisənin necə baş verməsi ilə bağlı araşdırma aparırlar.

Qeyd edək ki, güllə xəsarəti alan K.Mövlayeva iki aylıq hamilədir.