QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Cəbhədə yenə silahlar dilə gəlib

Ermənistan silahlı qüvvələri atəşkəs rejimi olmasında bxamayaraq, bir gün belə dinc dayanmır, cəbhədə sakitliyi pozur
Sputnik

BAKI, 10 may — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.