Obama Trampa söz atdı: “Tam bir fəlakətdir”

Söhbət zamanı Obama Trampın pandemiya ilə mübarizəyə yanaşmasını tənqid edib və vurğulayıb ki, yaranan situasiya böhran vəziyyətlərdə güclü hökumətin vacibliyini sübut edən bir xatırlatmadır
Sputnik

BAKI, 10 may — Sputnik. ABŞ-ın keçmiş prezidenti Barak Obama ölkənin hazırkı başçısı Donald Trampın koronavirus pandemiyası ilə mübarizədəki fəaliyyətini “tam xaotik fəlakət” adlandırıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə CNN telekanalı xəbər verib.

Telekanalın məlumatına görə, Obama bu rəyini öz administrasiyasının bəzi keçmiş əməkdaşları ilə qapalı telefon söhbətində bildirib.

Söhbət zamanı Obama Trampın pandemiya ilə mübarizəyə yanaşmasını tənqid edib və vurğulayıb ki, yaranan situasiya böhran vəziyyətlərdə güclü hökumətin vacibliyini sübut edən bir xatırlatmadır.

CNN bildirir ki, bu söhbət Obama administrasiyasının keçmiş əməkdaşlarını ABŞ-ın Demokratlar partiyasından olan namizəd Co Baydenin 2020-ci il prezident seçkilərindəki seçki kampaniyasında aktiv iştiraka təşviq etməliydi.

Bu günə olan son məlumatlara görə, dünyada koronavirusa yoluxanların sayı 3 938 080 nəfərdir. COVID-19-dan ən çox ölüm sayı ABŞ-da qeydə alınıb – 77180 insan.