İQTİSADİYYAT

Nazir pandemiya şəratində əhalinin ərzaqla təminatı məsələsinə münasibət bildirib

Kənd Təsərrüfatı naziri İnam Kərimov deyir ki, karantin rejiminin tələblərinə ciddi əməl edilməklə bölgələrdə aqrar sektorda fəaliyyət davam etdirilir
Sputnik

Ölkədə pandemiyaya qarşı mübarizə tədbirləri davam edir. Koronavirusun yayılmasına qarşı görülən tədbirlərin kənd təsərrüfatına, fermerlərin fəaliyyətinə, vətəndaşların kənd təsərrüfatı məhsulları ilə təminatına mənfi təsir göstərməməsi üçün bütün zəruri addımlar atılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Bərdə rayonunda əkin sahələrinə baxış keçirən Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.

“Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara uyğun olaraq xüsusi karantin rejiminin tələblərinə ciddi əməl edilməklə bölgələrdə aqrar sektorda fəaliyyət davam etdirilir. Həm rayonlararası, həm də şəhərlərarası ərzaq məhsullarının daşınmasında heç bir problem yoxdur”, - deyə İnam Kərimov qeyd edib.

İnam Kərimovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz