RUSİYA

Moskva səması od rənginə büründü – VİDEO

Bu il Moskvada şəhərin bir nöqtəsindən savayı, digərlərində atəşfəşanlıq etmək qadağan olunub. O yeganə məkan da sirr saxlanılıb ki, insanlar özünütəcrid rejimini pozaraq orada toplaşmasınlar.
Sputnik

BAKI, 10 may — Sputnik. Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibətilə Rusiya paytaxtında möhtəşəm atəşfəşanlıq təşkil olunub.

Sputnik Azərbaycan bildirir ki, Lujnetskayada sahildən səmaya 10 min mərmi buraxılıb.

Bu il Moskvada şəhərin bir nöqtəsindən savayı, digərlərində atəşfəşanlıq etmək qadağan olunub. O yeganə məkan da sirr saxlanılıb ki, insanlar özünütəcrid rejimini pozaraq orada toplaşmasınlar.

Yekaterinburq və Sankt-Peterburqda da oxşar tədbirlər görülüb. Orada hərbçilər atəşfəşanlıq barədə məlumatı gizləyərək yalnız tədbiri lentə almalı olan yerli telekanalların redaksiyasına xəbər göndəriblər.

Atəşfəşanlıq hər il mayın 9-da Qələbə Günü münasibətilə Rusiyada keçirilən ənənəvi bayram tədbirlərindən biridir. 2020-ci ildə koronavirus pandemiyası səbəbindən karantin tətbiq olunduğundan Qırmızı meydandakı təntənəli parad və digər tədbirlər təxirə salınıb.