CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lənkəranda qorxunc qəza – Hadisə yerindən VİDEO

Lənkəran şəhərində iki minik avtomobili toqquşub. Hər iki avtomobilə ciddi ziyan dəyib və sürücülərdən biri sıxılaraq avtomobilin içərisində qalıb. FHN-in əməkdaşları onu xüsusi texnika vasitəsi ilə çıxarıblar. Hadisə yerindən kadrları videomuzda izləyin.
Sputnik

Bu gün Lənkəran şəhərinin Şəhidlər xiyabanı ərazisində iki minik avtomobili toqquşub. İmanlı Şəhriyar İdris oğlunun idarə etdiyi 90-LU-644 dövlət qeydiyyat nömrə nişanlı “Toyota Prado” markalı minik avtomobili ilə Zahid Mirzə oğlu Kazımovun idarə etdiyi 42-BF-493 dövlət qeydiyyat nömrə nişanlı “VAZ-2103” markalı minik avtomobili toqquşub. Toqquşma zamanı hər iki avtomobilə ciddi ziyan dəyib və “VAZ-2103”ün sürücüsü sıxılaraq avtomobilin içərisində qalıb.

Avtoqəza baş verən əraziyə FHN-in Cənub Regional Mərkəzinin Xüsusi xilasetmə  hissəsinin 7 nəfərlik briqadası gələrək avtomobilin içərisində qalan Z.Kazımovu xüsusi texnika vasitəsi ilə çıxarıb. “VAZ-2103”ün xəsarət alan sürücüsü travmatik şok vəziyyətində sol bud və sağ baldır sümüyünün sınıqları diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda qəza hadisəsi araşdırılır.