CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bərdəli veteranlara medal veriləcək

Müharibədə qələbənin 75 illiyi ilə əlaqədar olaraq Rusiya hökuməti azərbaycanlı veteranları unutmayıb, onlar üçün "Qələbənin 75 illiyi" medalı göndərilib
Sputnik

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 9 may — Sputnik. Faşizm üzərində qələbədə payı olan bərdəli veteranların sayı 2018-ci ilin mayında 11 nəfər olduğu halda bu gün onlardan 4 nəfəri sağdır.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Şurasının Bərdə rayon Şöbəsinin sədri İlham Babayev Sputnik Azərbaycan-a bildirib ki, II Dünya Müharibəsində iştirak etmiş yüzlərlə bərdəlidən 4-ü həyatdadır. Onlar Bərdə rayonunun Qasımbəyli kənd sakini, 1924-cü il təvəllüdlü Səfərov Bayram Qaraş oğlu, Həsənqaya kənd sakini, 1926-cı il təvəllüdlü Hüseynov Məhəmməd Səməndər oğlu, Məmmədli kənd sakini, 1926-cı il təvəllüdlü Əliyev Qulu Misir oğlu, Bərdə şəhəri, Təbriz küçəsində yaşayan 1923-cü il təvəllüdlü Məmmədov Mirzə Məmməd oğludur.

Təşkilat sədri İlham Babayev  qeyd edib ki, müharibədə qələbənin 75 illiyi ilə əlaqədar olaraq Rusiya hökuməti azərbaycanlı veteranları unutmayıb, onlar üçün "Qələbənin 75 illiyi" medalı göndərilib. Bu medala layiq görülənlər arasında adlarını çəkdiyimiz dörd bərdəli veteranın da adı var.