CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Suda, quruda, havada: Böyük Vətən Müharibəsinin az tanınan qəhrəmanları

Tankçı, pilot, dənizçi – Böyük Vətən Müharibəsinin qəhrəmanları həm quruda, həm havada, həm də dənizdə rəşadət göstəriblər. Onlardan bəzilərini tanıyaq.
Sputnik

BAKI, 9 may — Sputnik, Andrey Kots. Böyük Vətən Müharibəsi illərində ali sovet mükafatı olan Sovet İttifaqı Qəhrəmanının Qızıl Ulduzuna 11657 əsgər və zabit, eləcə də ölümündən sonra 3051 nəfər layiq görülüb. Döyüşçülər həm quruda, həm dənizdə, həm də havada rəşadət göstəriblər. Lakin qəhrəmanların heç də hamısı yaxşı tanınmır. Onlardan bəzilərini materialımızda xatırlayırıq.

Tankçı

Qvardiya kapitanı Vladimir Boçkovski tank döyüşünün mahir ustası idi. O, müharibə illərində düşmənin 36 zirehli texnikasını məhv edib. Bir neçə dəfə ölümün pəncəsindən qurtulub, dörd dəfə ağır yaralanıb, tankı beş dəfə yanıb.

Suda, quruda, havada: Böyük Vətən Müharibəsinin az tanınan qəhrəmanları

1944-cü il martın 21-də 1-ci qvardiya tank briqadasının batalyon komandirinin müavini, kapitan Boçkovski şəxsən döyüşçüləri hücuma aparıb — Trebna çayı istiqamətində hücuma keçib və onun sahilində düşmən bazasını ələ keçirib. Onun tankları düşmənin 16 topunu, dörd hücum silahını və 200-dən çox avtomobilini metal yığınına çevirib. Ertəsi gün almanlar əks-hücuma keçiblər və sovet tanklarının atəşi nəticəsində üç tankı, beş minaatanı, 50 zirehli avtomobili və bir əsgər taqımını itiriblər. Bu döyüşlərə görə Vladimir Boçkovskiyə "Qəhrəman" adı verilib.

Suda, quruda, havada: Böyük Vətən Müharibəsinin az tanınan qəhrəmanları

1945-ci il yanvarın 15-də Vislo-Oder əməliyyatı zamanı Boçkovskinin tankı almanların "Tiger" tanklarını daşıyan qatarı vuraraq aşırıb. Onun T-34 tankı tam sürətlə gedən parovozu gövdəsi ilə itələyib və parovoz daşıdığı zirehli texnika ilə birlikdə platformadan aşağı devrilib. Bu igidliyə görə qəhrəman tankçıya ikinci Qızıl Ulduz təqdim edilib, lakin sonradan mükafatı III dərəcəli Suvorov ordeni ilə əvəz ediblər.

Təyyarəçi

Anatoli Nedbaylo döyüş aviasiyasında ən yaxşı hücumçu pilotlardan biri sayılır. O, İl-2 təyyarəsində 220-dən çox uçuşa çıxıb.

Suda, quruda, havada: Böyük Vətən Müharibəsinin az tanınan qəhrəmanları

Nedbaylo şəxsən döyüş meydanında onlarla tankı, düşmən xətlərinin arxasında yüzlərlə obyekti və saysız-hesabsız hitlerçini məhv edib. O, Mius, Donbas, Melitopol, Nikopol-Krivoy Roq, Krım, Vitebsk-Orşa, Minsk, Vilnüs, Kaunas, Memel, Şərqi-Prusiya, Keniqsberq və Zemland əməliyyatlarında iştirak edib.

Kapitan iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb — 1945-ci ilin aprel və iyun aylarında.

Suda, quruda, havada: Böyük Vətən Müharibəsinin az tanınan qəhrəmanları

Onun İl-2 təyyarəsi üç dəfə vurulub. Bir dəfə isə o, möcüzə ilə xilas olub. Təyyarə yerə düşüb, pilot ciddi xəsarətlər alıb və huşunu itirib. Qəza yerinə özünü çatdırmış piyadalar təyyarənin yanmasından bir neçə saniyə əvvəl pilotu kabinədən çıxara biliblər. Nedbaylo bir ay yarımdan sonra sıraya qayıdıb.

Dənizçi

Kapitan-leytenant Valentin Starikov Şimal donanmasında xidmət edib və M-171 tipli "Malyutka" adlı sualtı gəmiyə rəhbərlik edib. Onun ekipajı 23 döyüş səfərinə çıxıb və 13 düşmən gəmisini – yeddi nəqliyyat gəmisini, bir tankeri, iki sualtı qayığı, iki tral gəmisini və bir kateri batırıb. "Malyutka" alman dənizçilər üçün kabusa çevrilib – nəticədə ruslara qarşı əsl ov təşkil edilib, amma hər dəfəsində Starikov dərinlik bombalarından qaça bilib.

Suda, quruda, havada: Böyük Vətən Müharibəsinin az tanınan qəhrəmanları

Ələkeçməz sualtı qayıq iki dəfə düşmənin yaxşı mühafizə edilən dəniz bazalarına soxulub. Belə ki, 1941-ci il oktyabrın 2-də M-171 gizli şəkildə Liinaxamari limanına daxil olub, gözətçi gəmilərin və sahil batareyasının düz burnunun ucunda düşmənin iki nəqliyyat gəmisini torpedo ilə məhv edib. Limandan çıxarkən isə "Malyutka" onu dərinlik bombaları ilə gözləyən düşmən gəmilərinin tələsinə düşüb. Lakin Starikovun ekipajı tələdən qaçmağa, gözəgörünməz şəkildə suyun üzərinə çıxmağa və maneənin üzərindən üzüb keçməyə müvəffəq olub.

1942-ci ilin yanvarına qədər M-171-in hesabında düşmənin artıq yeddi nəqliyyat gəmisi var idi. Apreldə döyüş xidmətlərinə görə sualtı qayığın heyəti "Qvardiya" fəxri adına layiq görülüb. Komandirə isə Sovet İttifaqı Qəhrəmanı adı verilib.

Topçu

Baş serjant Gennadi Barıkov müharibə başlayanda atıcı alayının tərkibində zirehdələn silahı ilə Mərkəzi, Bryansk və Cənub-Qərb cəbhələrində vuruşub. O, Kursk istiqamətində gedən döyüşlərdə tank əleyhinə tüfəngi ilə almanların tanklarını yandırıb.

Suda, quruda, havada: Böyük Vətən Müharibəsinin az tanınan qəhrəmanları

Barıkov 1941-ci ilin dekabrında ağır yaralanıb. Lakin döyüşçü sağalıb, yenidənhazırlanma keçib və 1943-cü ilin iyulundan 753-cü atıcı alayının 76 millimetrlik top batareyasına komandirlik edərək, Şərqi Prussiyada qələbə qazanıb. Barıkov Keniqsberq əməliyyatında xüsusilə fərqlənib. 1945-ci il aprelin 6-da Vargen kəndi yaxınlığında düşmənin müdafiə xəttinin qırılması zamanı onun topçuları birbaşa atəşlə almanların üç zenit topunu, beş pulemyotunu və 20 əsgərini məhv edib.

Növbəti gün Gennadi alman tanklarının əks-hücumuna qarşı çıxıb. Döyüş zamanı tuşlayıcı və doldurucu əsgərlər ağır yaralanıb. Baş serjant yoldaşlarını əvəz edərək, topun arxasına keçib və tək başına iki ağır tankı və dörd 76 millimetrlik silahı məhv edib. Mərmilər bitəndə isə şəxsi silahını götürüb piyadalarla birlikdə hücuma keçib.

1945-ci ilin iyununda böyük serjant Gennadi Barıkov bu döyüşə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Piyada

Qvardiya baş leytenantı Mixail Kuznetsov Böyük Vətən Müharibəsinin ilk günlərindən vuruşub. O, möcüzə ilə mühasirəyə alınmış Brest qalasından bir neçə döyüşçü ilə çıxa bilib.

Suda, quruda, havada: Böyük Vətən Müharibəsinin az tanınan qəhrəmanları

1941-ci ilin avqustundan Qərb cəbhəsində 537-ci atıcı alayının minaatan bölüyündə siyasi rəhbər vəzifəsində çalışıb. Noyabrda onu Cənub-Qərb cəbhəsindəki 622-ci atıcı alayına köçürüblər. Orada Kuznetsov özünü əla kəşfiyyatçı kimi göstərib. O, düşmənin arxa cəbhəsində gecə reydlərinə çıxır, diversiyalar törədir, əsirlər götürürdü. Dekabrda sayca altıncı əsirini qərargaha çatdırdıqdan sonra o, avtomatçılar bölüyünün komandiri təyin olunub.

1942-ci il ərzində Kuznetsov cəbhənin arxasına reydlərə yollanıb. Onun avtomatçıları noyabrın 20-də Sredne-Tsaritsınski kəndinə hücum edərkən fərqləniblər. Onun bölüyü faşistlərin dəstəsinə gizlicə girərək artilleriya divizionunun bütün şəxsi heyətini qırıb, komandiri əsir götürüb, qərargah sənədlərini, 16 saz silahı və 96 atı ələ keçirib.

Lakin reyd bununla bitməyib. Kuznetsov iki avtomatçısını əsir götürülmüş alman komandiri ilə birlikdə bazasına göndərib, özü isə ələ keçirilmiş artilleriyadan istifadə edərək hitlerçiləri vurub kənddən çıxarmağa qərar verib. Onun döyüşçüləri düşmən istehkamlarını toplardan atəşə tutub və tez bir zamanda müqaviməti boğublar — almanlar öz arxa cəbhələrindən bu cür hücuma hazır olmayıblar. Avtomatçılar Sredne-Tsaritsınski kəndini 15 dəqiqəyə ələ keçiriblər.

Nəticədə onlar düşmənin piyada batalyonunu məhv edib, 27 topu, 196 atı, 27 əl pulemyotunu, dörd minaatanı, 17 avtomatı, yeddi avtomobili və bir sursat anbarını ələ keçiriblər. Kuznetsovun bölüyü isə heç bir itki verməyib.

1943-cü ilin fevralında qvardiya baş leytenantı Mixail Kuznetsov bu döyüşə görə Sovet İttifaqı Qəhrəmanının Qızıl Ulduzuna layiq görülüb. Mükafat vərəqəsində qeyd edildiyi kimi, zabit şəxsən 88 hitlerçini məhv edib, cəbhə xəttinin arxasından 64 əsir gətirib və beş dəfə yaralanıb.