BAKI, 9 may — Sputnik. “Böyük ticarət mərkəzlərinin açılması gündəmdədir. Bu məsələ müzakirə olunur. Gələcək günlərdə açılmasını gözləmək olar. Lakin böyük ehtimalla, onların bu ayın sonuna açılması gözlənilmir”.
Sputnik Azərbaycan bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
Onun sözlərinə görə, ticarət mərkəzləri açıldığı təqdirdə də bəzi məhdudiyyətlərə əməl olunmalıdır: “Ticarət mərkəzlərindəki uşaq əyləncə mərkəzləri, qida bölmələri kimi yerlərin fəaliyyətinə məhdudiyyətlər qoyula bilər”.