SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Fuad Babayev “Böyük Qələbə - 75 ” kitabı haqqında danışır

Siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Fuad Babayev deyir ki, yeni nəşrdə gənc tədqiqatçıların və alimlərin əsərləri toplanıb
Sputnik

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) “1905.az kitabı” seriyasından olan “Böyük Qələbə - 75 (məqalələr toplusu)” nəşri çapdan çıxıb. Bununla bağlı Sputnik Azərbaycan-a seriyasının tərtibçisi və elmi redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Fuad Babayev məlumat verib.

“Təşkilatımızın indiyə qədər çoxsaylı layihələr gerçəkləşdirib. Yeni nəşrdə gənc tədqiqatçıların və alimlərin əsərləri toplanıb. Böyük Vətən müharibəsində Azərbaycanın iştirakı və xalqımızın faşizm üzərində qazanılmış qələbəyə verdiyi töhfələr tarix üzrə elmlər doktorları Sevinc Əliyeva və Məhərrəm Zülfüqarlının, tarix üzrə fəlsəfə doktorları İlqar Niftəliyevin, Rövşən Hətəmovun, Nigar Axundovanın, Günay Hüseynin, gənc tədqiqatçılardan Şəfa Mövsümovun, Ruslan Ağamalıyevin və Sahibə Musayevanın məqalələrində araşdırılıb” – deyə F.Babayev bildirib.

Qeyd edək ki, bu gün alman faşizmi üzərində tarixi qələbədən 75 il keçir. 1941-ci il iyunun 22-də Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da — Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb.

Fuad Babyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz