BAKI, 9 may — Sputnik. Ukraynanın Antarktidadakı ekspedisiyasının üzvü Vasili Omelyanoviç həlak olub.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, ölümün ilkin səbəbi kimi özünəqəsd göstərilir. Məlumatı şənbə günü Milli Anarktika Elmi Mərkəzi yayıb.
“Dünən, mayın 8-də “Akademik Vernadski” stansiyasında 25-ci Ukrayna Antarktida ekspedisiyasının aşpazı Vasili Omelyanoviç dünyasını dəyişib. Ukrayna Elm və Təhsil Nazirliyi və Milli Anarktika Elmi Mərkəzi Vasilinin əzizlərinə, valideynlərinə, qardaşına, dostlarına dərin hüznlə başsağlığı verir”, - Mərkəzin Facebook səhifəsində yazılıb.
Bildirilir ki, Vasili “şəxsi problemlərinə görə özünə qəsd edib”. Omelyanoviç Ukraynanın Antarktida ekspedisiyaları ilə beş dəfə buzlu qitədə olub.