CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Heç kim və heç nə unudulmur: qələbə mahnısını birlikdə oxudular – VİDEO

Şahin Musaoğlu və Bikə Axundovanın Böyük Vətən Müharibəsinə həsr etdikləri mahnını həm azərbaycanlı, həm də xarici müğənnilər oxuyublar
Sputnik

BAKI, 9 may — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanın “Mədəniyyət” kanalı 9 May Qələbə Günü və Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş beynəlxalq “Heç kim və heç nə unudulmur!” layihəsini təqdim edir.

Sputnik Azərbaycan bildirir ki, layihənin rəhbəri Azərbaycanın Əməkdar artisti Ramil Qasımovdur. Mahnının sözləri Şahin Musaoğlu, musiqisi Bikə Axundovanındır. Musiqiçilər koronavirus pandemiyası səbəbindən mahnını evlərində, özünütəcrid şəraitində səsləndirib yazıblar.

Layihədə müxtəlif ölkələrdən opera ulduzları və vokalçılar – Firuza Yusupova (Özbəkistan), Elnura Samarbekova (Qırğızıstan), Zarina Altımbayeva (Qazaxıstan), Boqdan Pançenko (Ukrayna), Vladimir Qromov (Belarus) və Maksim Perebeynos (Rusiya) – iştirak ediblər. Onlar mahnını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru Eyyub Quliyevin rəhbərliyi ilə ifa ediblər