RUSİYA

Moskvada koronaviruslu pasiyentlərin olduğu xəstəxanada yanğın: ölən var

Məlumata görə, yanğın altı mərtəbəli binanın birinci mərtəbəsində, palatalardan birində başlanıb. Bir nəfər ölüb
Sputnik

BAKI, 9 may — Sputnik. Bu gün axşam saatlarında Moskvada S.İ.Spasokukotski adına xəstəxanada yanğın olub.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən bildirir ki, koronaviruslu xəstələrin müalicə olunduğu xəstəxanda reanimasiyada olan xəstələrdən biri həlak olub.

Məlumata görə, yanğın 6 mərtəbəli binanın biirnci mərtəbəsində, palatalardan birində başlanıb. Yanğın 20 kv.m sahəni əhatə edib. Təhlükəsizlik səbəbilə 200 xəstə təxliyə edilib.

Bəzi KİV-lərin məlumatına görə, palatalardan birində xəstənin şəxsi əşyaları od tutub. Başqa məlumatlara görə isə reanimasiya bölməsində oksigen balonu yanıb.

Hazırda yanğın söndürülüb.