Bundan da pul qazanmaq olarmış...

Məktublarda Boris Conson həmvətənlərindən koronavirusa yoluxmamaq üçün evdə qalmağı və sosial məsafəni saxlamağı xahiş etmişdi.
Sputnik

BAKI, 9 may — Sputnik. Böyük Britaniyanın Baş Naziri Boris Consonun martın sonunda hər ailəyə göndərdiyi, koronavirus pandemiyasına görə evdə qalmaq xahişi yazılmış məktublarını internetdə satışa qoyublar.

Sputnik Azərbaycan bildirir ki, bu barədə The Sun yazır.

Nəşrin məlumatılna görə, eBay səhifəsində Nazirin yüzdən çox məktubunu almaq mümkündür. Bir məktubun qiyməti isə 5 funt-sterlinqdən 1000 funt-sterlinqədək dəyişir.

Məktublarda Boris Conson həmvətənlərindən evdə qalmağı və sosial məsafəni saxlamağı xahiş etmişdi.

Böyük Britaniyada 215 min insan koronavirusa yoluxub, COVID-19-dan 31 min adam ölüb.