HADİSƏ

Xəzərdə 5 il əvvəl itkin düşmüş neftçilərin cəsədi tapıldı

Meyitlərin üzərindəki şəxsiyyət vəsiqələri, habelə mərhumların ailələrinin rəyləri onların kimliyini təsdiqləyib
Sputnik

BAKI, 8 may — Sputnik. Xəzər dənizində boru kəmərlərinin monitorinqi həyata keçirilən zaman 190 metr dərinlikdə kəmərin alt hissəsində iki insan meyiti aşkarlanıb.

SOCAR dənizdə işləyən neftçilər barədə xəbər yaydı

Bu barədə Sputnik Azərbaycan-a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, meyiti tapılan şəxslərin 2015-ci il dekabrın 4-də "Günəşli" yatağındakı 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza zamanı itkin düşmüş 1954-cü il təvəllüdlü Əbdüləzizov Əbdüləziz İsmayıl oğlu və 1973-cü il təvəllüdlü Əliyev Əyyub Xəlil oğlu olduğu müəyyənləşib.

Meyitlərin üzərindəki şəxsiyyət vəsiqələri, habelə mərhumların ailələrinin rəyləri onların kimliyini təsdiqləyib. Boru kəmərinin inspeksiya işləri tam dayandırılıb, meyitlər bir neçə gün ərzində 190 metr dərinlikdən müvafiq avadanlıqlarla çıxarılaraq, Su Nəqliyyatında Baş polis İdarəsinə təhvil verilib.

"Ölüm faktı təsdiqlənən həmkarlarımıza və bütün “Günəşli” faciəsi qurbanlarına bir daha Allahdan rəhmət diləyirik", - deyə İ. Əhmədov qeyd edib.