CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Veteranların adını əbədiləşdirmək üçün portal da yaradıldı

Böyük Vətən müharibəsi iştirakçılarının qohumlarının nəzərinə: Böyük Vətən müharibəsi iştirakçılarının xatirələrini əbədiləşdirmək üçün yeni layihəyə start verilir
Sputnik

BAKI, 8 may — Sputnik. Müharibə iştirakçısı olan qohumlarınız barədə məlumatları foto.pamyat-naroda.ru saytına daxil edərək adlarını əbədiləşdirə bilərsiniz. Sputnik Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi ilə əlaqədar tədbirlər çərçivəsində MDB məkanında "Yaddaş yolu" layihəsi üzrə yeni elektron portal yaradılıb.

Cəbiş müəllim xalqımızın müharibədəki rolu barədə

Yeni portalın yaradılmasında məqsəd həmin müharibənin iştirakçıları haqqında məlumatların multimedia muzeyində toplanması və xatirələrini əbədiləşdirməkdir.

Hər ailənin, hər nəslin həmin müharibədə iştirak etmiş qəhrəmanı var.

Ona görə də Böyük Vətən müharibəsi iştirakçısı olan ailə üzvlərinizə, qohumlarınıza, tanışlarınıza aid məlumatları foto.pamyat-naroda.ru və ya mil.ru saytlarına daxil etməklə, adlarının əbədiləşdirilməsinə öz töhfənizi verə bilərsiniz.

Sayta müharibə iştirakçısının soyadını, adını, atasının adını, doğum tarixini və doğulduğu yeri, müharibədən əvvəlki, müharibə və müharibədən sonrakı dövrdəki fotoşəkillərini və s. daxil edə bilərsiniz.

Bu məlumatlar Moskvada yerləşən "Patriot Parkı"nın "Yaddaş yolu" qalereyasında milyonlarla müharibə iştirakçıları sırasında əbədiləşəcək.