Türkiyədə ölənlərin sayı 48 nəfərə kimi azaldı

Səhiyyə naziri Fahrettin Kocanın sözlərinə görə, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 3 689 nəfərə çatıb.
Sputnik

BAKI, 8 may — Sputnik. "Türkiyədə son sutkada daha 48 nəfər pandemiyanın qurbanı olub”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 3 689 nəfərə çatıb.

Nazir həmçinin daha 1 848 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 135 569-a yüksəldiyini bildirib.

F.Koca Türkiyədə indiyədək 86 396 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb.