BAKI, 8 may – Sputnik, Kəmalə Əliyeva. Azərbaycanın xalq artisti Emin Ağalarov rusiyalı bəstəkar David Tuxmanovun məşhur "Qələbə günü" mahnısını Azərbaycan dilində ifa edib.
Sputnik Azərbaycan xəbər verir ki, müğənni musiqi çarxını öz "Instagram" səhifəsində bölüşüb. Ağalarov "diktantpobedı.rf" saytının aksiyasında iştirak etmək qərarına gəlib.
"Qələbə Günü bizim hamımız üçün ən vacib bayramlardan biridir. Mən hamını bu məşhur mahnını öz doğma dilində ifa etməyə çağırıram. Mən onu Azərbaycan dilində ifa etdim", - Ağalarov qeyd edib.
Посмотреть эту публикацию в InstagramПрисоединяйтесь! «День Победы» на разных языках ✊🏽 #ГимнПобеды
Публикация от eminofficial (@eminofficial)
"Qələbə günü" mahnısı Böyük Vətən müharibəsinin 30 illiyi münasibətilə 1975-ci ildə David Tuxmanov tərəfindən yazılıb. Mahnının sözlərinin müəllifi Vladimir Xaritonovdur. Bu kompozisiya ilk dəfə Rusiyanın xalq artisti Lev Leşşenko tərəfindən ifa edilib.
Ağalarov "World Music Awards", "Azərbaycandan Ən Yaxşı İfaçı", "Qızıl Qrammofon", "MUZ-TV Mükafatı" və s. kimi beynəlxalq mükafatların laureatıdır. O, dünyanın müxtəlif ölkələrində konsertlərlə çıxış edir. Müğənninin musiqi xəzinəsində doqquz ingilis dilli albom, "Warner Music" və "Sony ATV Music Publishing" aparıcı musiqi şirkətləri ilə müqavilələr var.