HADİSƏ

Qətlə inanılmaz don geydirdi, ələ keçdi

Dindirilmə zamanı R.Dəvrişov C.Seyidovla aralarında baş vermiş münaqişə zəminində sonuncuya daxilə nüfuz edən bıçaq zərbəsi vuraraq qətlə yetirdiyini etiraf edib.
Sputnik

BAKI, 7 may — Sputnik. DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, may ayının 6-da Yevlax rayon sakini Ceyhun Seyidovun yıxılaraq xəsarət alması və Rayon Mərkəzi Xəstəxanasında ölməsi barədə Polis Şöbəsinə məlumat daxil olub.

Sputnik Azərbaycan bildirir ki, məlumatla əlaqədar Rayon Prokurorluğunun və Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Bu zaman yaranın əlamətləri şübhə doğurduğu və qətl ehtimalı yarandığı üçün dərhal təxirəsalınmaz istintaq-əməliyyat tədbirlərinə başlanılıb. Keçirilmiş tədbirlərlə C.Seyidovu qətlə yetirməkdə şübhəli bilinən, onun yaxın qohumu olan Yevlax rayon sakini, əvvəllər məhkum edilmiş Rəşad Dəvrişov polis əməkdaşları tərəfindən saxlanılaraq Rayon Prokurorluğuna təhvil verilib. Dindirilmə zamanı R.Dəvrişov C.Seyidovla aralarında baş vermiş münaqişə zəminində sonuncuya daxilə nüfuz edən bıçaq zərbəsi vuraraq qətlə yetirdiyini etiraf edib. Cinayət aləti olan bir ədəd bıçaq maddi sübut kimi götürülüb.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.