FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Karantindən sonra növbə bombalara çatdı - FOTO

Sputnik

Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əməkdaşları Ağstafa rayonunda xüsusi karantin rejimindən sonra anbarda qalan partlamamış hərbi sursatları zərərsizləşdiriblər. Toplanan hərbi sursatlar təhlükəsizlik tədbirlərinə əməl olunmaqla yaşayış yerindən 4 km uzaq məsafədə zərərsizləşdirilib.

ANAMA-nın Ağstafa rayonu üzrə əməliyyat meneceri Mədəd Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında 700-dən artıq müxtəlif növ hərbi sursatın partladılaraq məhv edildiyini bildirib.

“Bu gün 747 ədəd müxtəlif növ hərbi sursat partladılaraq zərərsizləşdirilib. Bu sursatlar Gəncə-Qazax zonasından 102 və 112 zəng mərkəzlərinə daxil olan zənglər əsasında aşkarlanaraq anbarlara yığılmışdı. Xüsusi karantin rejimi olduğundan mart və aprel aylarında partlayış həyata keçirmək mümkün olmayıb. Bu səbəbdən yığılıb qalan sursatı məhv etmək karantin rejiminin bitməsinin ilk həftəsində reallaşdırdıq”, - deyərək məlumat verib.

Qeyd edək ki, 1991-ci ildə Ağstafa rayonunun Saloğlu qəsəbəsi yaxınlığında keçmiş SSRİ-nin Zaqafqaziyada ən böyük sursat anbarının partlaması nəticəsində 40 milyon kvadratmetr əraziyə partlayıcı maddə və digər hərbi sursat yayılıb. Qrup rəhbəri Gəncə, Şəmkir, Tovuz və Qazaxdan da müraciətlərin olmasına baxmayaraq ən çox partlamamış sursatın yenə Ağstafa ərazisindən tapıldığını bildirib.

1 / 14
ANAMA əməkdaşları Ağstafada xüsusi karantin rejimindən sonra anbarda qalan partlamamış hərbi sursatları zərərsizləşdiriblər
2 / 14

3 / 14

4 / 14

5 / 14

6 / 14

7 / 14

8 / 14

9 / 14

10 / 14

11 / 14

12 / 14

13 / 14

14 / 14