Türkiyə hərbçiləri qonşu ölkədə gözlənilməz əməliyyat keçirdilər

İraqın Hakurk, Zap və Haftani bölgələrində həyata keçirilən əməliyyat zamanı PKK terrorçuları zərərsizləşdirilib
Sputnik

BAKI, 7 may — Sputnik. Türkiyə Silahlı Qüvvələri İraqın şimalında hərbi əməliyyat keçirib. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən əməliyyatı Türkiyə Həbi Hava Qüvvələri həyata keçirib. Belə ki, İraqın Hakurk, Zap və Haftani bölgələrində həyata keçirilən əməliyyat zamanı 4 PKK terrorçusu zərərsizləşdirilib.

Türkiyə Müdafiə Nazirliyi əməliyyatların davam etdiriləcəyini bildirib.