RUSİYA

Silahların qiyməti artıq narahatlıq doğurur: Tramp Putinə zəng etdi

Putinlə Tramp Almaniya üzərində Qələbənin 75 illiyini və digər ikinci dərəcəli məsələləri müzakirə ediblər.
Sputnik

BAKI, 7 may — Sputnik. Rusiya və ABŞ Prezidentləri Vladimir Putinlə Donald Tramp arasında telefon danışığı olub.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Ağ Evin nümayəndəsi Cad Dir xəbər verib.

Onun sözlərinə görə, iki ölkənin liderləri "koronavirus pandemiyası ilə mübarizədə inkişafı" müzakirə ediblər. Onlar bu sahədə ikitərəfli əməkdaşlığı müsbət qiymətləndiriblər.

Bundan başqa, ABŞ administrasiyasının nümayəndəsi qeyd edib ki, Tramp yenidən "Birləşmiş Ştatların tək Rusiyanı deyil, eləcə də Çini əhatə edən silahlara effektiv nəzarət prinsiplərinə sadiqliyini təsdiqləyib, həmçinin baha başa gələn silahlanmadan qaçmaq üçün növbəti müzakirələrə hazır olduqlarını bildirib". 

Neft mövzusu da iki Prezidentin söhbətində qabardılıb.

"Dünya neft bazarında vəziyyətə də toxunuldu. Mayın 1-də işə düşərək neft qiymətlərinin stabilləşməsinə töhfəsini verməyə başlayan yeni "OPEC+" razılaşmasının Rusiya və ABŞ Prezidentlərinin təsiri ilə vaxtında imzalandığı vurğulandı", - Kremlin mətbuat xidmətinin məlumatında deyilir. 

Putinlə Tramp Almaniya üzərində Qələbənin 75 illiyini və digər ikinci dərəcəli məsələləri müzakirə ediblər.