CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“ASAN Xidmət” və “ASAN Kommunal”da qeyri-iş günü olacaq

Vətəndaşlar "ASAN Xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsilə əvvəlcədən onlayn növbə tutmaqla mərkəzlərə müraciət edə və müvafiq xidmətlərdən yararlana bilərlər
Sputnik

BAKI, 7 may — Sputnik. 9 May - Qələbə Günü münasibətilə “ASAN Xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, vətəndaşlar 10 may tarixindən etibarən "ASAN Xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsilə əvvəlcədən onlayn növbə tutmaqla mərkəzlərə müraciət edə və müvafiq xidmətlərdən yararlana bilərlər.

 “ASAN Kommunal” mərkəzlərində bazar günü qeyri-iş günüdür.