CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Taksi sürücüləri də koronavirusa görə müayinədən keçirilə bilər

"Ola bilər ki, avtobus sürücülərinin koronavirusa görə müayinəsi başa çatdıqdan sonra taksi sürücüləri də test edilsin"
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 7 may — Sputnik. Avtobus sürücüləri arasında koronavirusa görə testlərin aparılması taksi fəaliyyəti ilə məşğul olan sürücülərin də  müayinəsi məsələsini gündəmə gətirib. Bəs görəsən, avtobuslarda sürücülərin koronavirusa görə müayinəsi yekunlaşdıqdan sonra taksi sürücüləri də bu cür testdən keçirilə bilərmi? Sputnik Azərbaycan-ın bu barədə sorğusuna Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva cavab olaraq bildirib ki, hazırda bu barədə dəqiq məlumat yoxdur.

R.Əliyeva hazırda özəl daşıyıcılarda çalışan avtobus sürücülərinin testdən keçirilməsi işinin davam etdiyini bildirib: "Sürücülərin iş qrafikinə görə koronavirusla bağlı testlərin keçirilməsi davam edir. Bundan sonra taksi sürücülərinin də bu cür test edilməsi barədə hələki dəqiq məlumat yoxdur. Ola bilər ki, avtobus sürücülərinin koronavirusa görə müayinəsi başa çatdıqdan sonra taksi sürücüləri də test edilsin. Hər halda bu verilən qərardan asılı olacaq".

Qeyd edək ki, bir müddətdir ki, avtobus sürücüləri koronavirusa görə müayinədən keçirilir. Artıq Bakubus avtobuslarının sürücüləri arasında bu müayinə başa çatıb. Hazırda özəl daşıyıcılarda çalışan sürücülərin müayinəsi aparılır.