Azərbaycan nefti neçəyə satılır?

Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
Sputnik

BAKI, 7 may — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,07 dollar ucuzlaşaraq 29,47 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,04 dollar artaraq 29,76 dollar, "Light" markalı neftin qiyməti isə 0,12 dollar bahalaşaraq 24,09 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.