BAKI, 7 may — Sputnik. "9-cu sinif buraxılış imtahanlarının bir mərhələdə keçirilməsi planlaşdırılır. 9-cu və 11-ci sinfin buraxılış imtahanlarının iyun ayında keçirilməsi planlaşdırılıb".
Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri bu gün Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında deyib. Onun sözlərinə görə, mart ayının 1-də IX sinif üzrə buraxılış imtahanına qatılan 40 min şagird iyunda 2-ci mərhələdə iştirak etməyəcək. Onun sözlərinə görə, həmin şagirdlərin nəticələri 100 ballıq şkala üzrə ölçüləcək: "İyunda 80 min şagird üçün regionlarda imtahan keçiriləcək".
M. Abbaszadə bildirib ki, Bakı, Şirvan və Naxçıvanda I mərhələ keçirildiyinə görə digər bölgələr üzrə məzunlar yalnız imtahanın II mərhələsində iştirak edəcəklər: "Bu mərhələ üzrə maksimal bal 70 deyil, 100 bal olaraq hesablanacaq".