BAKI, 6 may — Sputnik. Rusiyanın Mədəniyyət naziri Olqa Lyubimovada koronavirus aşkarlanıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu nazirin mətbuat katibi Anna Usaçova da təsdiqləyib.
Usaçovun sözlərinə görə, Mədəniyyət naziri koronavirus xəstəliyini yüngül formada keçirir: "Nazirin verdiyi COVID-19 testi müsbət nəticələndi. Nazir artıq uzun müddətdir ki, evdədir və videokonfrans rejimində iclas keçirir".
Qeyd edək ki, Olqa Lyubimovanın 39 yaşı var.
Xatırladaq ki, aprelin 30-u Rusiya Federasiyasının Baş Naziri Mixail Mişustin ölkə Prezidenti Vladimir Putinə məlumat verib ki, koronavirusa yoluxub.
"Hörmətli Vladimir Vladimiroviç, indicə məlum oldu ki, koronavirusa görə verdiyim testlərin nəticəsi müsbət olub. "Rospotrebnadzor"un tələbinə uyğun olaraq mən özünütəcridə riayət etməli, həkimlərin tövsiyələrinə əməl etməliyəm. Bu, həmkarlarımı təhlükədən qorumaq üçün vacibdir", - Mişustin Putinə deyib.
Qeyd edək ki, onların görüşü videokonfrans şəklində baş tutub.
Muşistin öz vəzifəsinin müvəqqəti icrası üçün müşaviri Andrey Belousovun xidmətlərini təklif edib. Vladimir Putin bu təkliflə razılaşıb.
Bundan əlavə, Rusiya Tikinti və Mənzil-Kommunal Təsərrüfat naziri Vladimir Yakuşevdə də COVID-19 təsbit olunub.