BAKI, 6 may — Sputnik. Nazirlər Kabinetinin qərarına əsasən, mayın 4-dən etibarən ölkə ərazisində karantin rejiminin yumşaldılması ilə əlaqədar bəzi iş yerlərinin açılması nəticəsində Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara sərnişin tələbatı artıb. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmiryolları" QSC-dən məlumat verilib.
Qeyd edilib ki, bunu nəzərə alaraq, bu gündən həmin istiqamətdə qatarların sayı çoxaldılacaq. Qatarların yeni hərəkət qrafiki ilə ətraflı bu cədvəldən tanış ola bilərsiniz.