RUSİYA

Rusiyada yeni koronavirus xəstələrinin sayı açıqlandı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Sputnik

BAKI, 5 may — Sputnik. Bir sutka ərzində Rusiyanın 83 regionunda 10 min 102 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 95 nəfər ölüb.

Düyməni basmağa tələsməyin: koronavirus təhlükəsi heç gözləmədiyiniz yerdədir

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 155370-ə çatıb.

Rusiyada pandemiya yayılandan 1451 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 1770 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 19865-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,5 milyonu keçib, 240 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.