Artıq ticarət və iaşə obyektlərində ödənişlər zamanı tutulan əlavə dəyər vergisini (ƏDV) geri almaq mümkündür. Qanunun bu tələbinin həyata keçirilməsi üçün proses tamamlanıb.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur SadıqovSputnik Azərbaycan-a deyir ki, ƏDV ilə bağlı görülən tədbirlərdə bir sıra önəmli məqamlar var:
“Bu bir tərəfdən dövriyyədə olan artıq pul kütləsinin yenidən dövlətə qayıtması deməkdir. Digər tərəfdən, həmin vəsaitlərin yığılması o qədər də əhəmiyyətli hesab edilmir. Bu, vətəndaşlara həmin pullardan istifadəyə imkan yaradır və nəticə etibarı ilə bu, dövlətin vətəndaşlara növbəti maliyyə yardımı kimi qiymətləndirilə bilər. Dünya ölkələrində də belə bir təcrübə var, ancaq bu addımlar daimi xarakter daşımır”.
Elnur Sadıqovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz