CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Avroviziya-2020"-nin azərbaycanlı iştirakçısı evdə konsert verəcək

Samirə Əfəndi beynəlxalq musiqi müsabiqəsinin digər iştirakçıları kimi, layihənin pərəstişkarları üçün onlayn konsert verəcək.
Sputnik

BAKI, 5 may — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanı "Avroviziya-2020" beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək Samirə Əfəndi mayın 8-də saat 19:00-da layihənin pərəstişkarları üçün müsabiqənin rəsmi "YouTube" səhifəsinin canlı efirində ev konserti ilə çıxış edəcək.

Samirə Əfəndinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, 2020-ci ildə keçirilməli olan müsabiqə koronavirus pandemiyası səbəbindən ləğv olunduğundan, onun iştirakçıları aprelin əvvəlindən öz evlərində konsertlərlə çıxış edirlər. Əvvəldən çıxışı planlaşdırılan 41 iştirakçıdan başqa, ötən illərdə "Avroviziya" mahnı müsabiqəsində iştirak etmiş şəxslərin də onlayn konsertləri gözlənilir. Azərbaycan ifaçıları arasında layihənin 2011-ci ildə qalibi olmuş Eldar Qasımov və Nigar Camalın çıxışları da nəzərdə tutulub.

Samirə Əfəndi tamaşaçılar üçün öz repertuarından olan mahnıları, eləcə də bu ilki müsabiqədə Azərbaycanı təmsil edəcəyi "Kleopatra" kompozisiyasını ifa edəcək.

Müğənni Samirə Əfəndi Bakı Project Yaradıcılıq layihəsinin iştirakçısı kimi tanınır. Həmin layihənin tərkibinə Ruslan Hüseynov, Etibar Əsərli və Elvin Bəşirov kimi məşhur caz musiqiçiləri daxildir. Onlarla birlikdə Əfəndi müxtəlif ölkələrdə konsertlərlə çıxış edib. O, "Azərbaycanın səsi" müsabiqəsinin finalçısıdır, həmçinin Qazaxıstanda keçirilən "İpək Yolu 2017" beynəlxalq musiqi layihəsində iştirak edib.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən bu il müsabiqənin ləğvi ilə əlaqədar olaraq, Samir Əfəndi Azərbaycanın "Avroviziya-2021"dəki nümayəndəsi elan edilib. O, gələn il müsabiqəyə yeni bir mahnı ilə qatılacaq.