BAKI, 4 may — Sputnik. ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) maliyyələşdirməni dayandırmaq qərarı Vaşinqtonun məsuliyyətsiz addımı və strateji səhvidir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İran Prezidenti Həsən Ruhani Qoşulmama Hərəkatının bazar ertəsi videokonfrans formatında keçirilmiş zirvə toplantısında çıxışı zamanı bildirib.
"Koronavirus dünyada hər kəsin təhlükəsizliyinə və sağlamlığına ümumi təhdiddir. Koronavirusa qarşı mübarizənin önündə duran bir təşkilatın sarsıldılması bu virusa qarşı birgə beynəlxalq mübarizənin zəifləməsi deməkdir", - Ruhani deyib.
Onun sözlərinə görə, ABŞ-ın qərarı yersizdir və heç bir bəhanəyə sığmır. Lakin İran Prezidenti qeyd edib ki, beynəlxalq razılaşmaları pozan ölkədən fərqli mövqe gözləməyə dəyməz.
Apreldə ABŞ Prezidenti Donald Tramp ÜST-ün maliyyələşdirilməsinin dayandırıldığını elan edib. Tramp administrasiyası təşkilatı koronavi̇rus epidemiyasına kifayət qədər operativ reaksiya verməməkdə günahlandırır.
Bununla yanaşı, ABŞ Dövlət katibi Mayk Pompeo Vaşinqtonun dayandırılmış maliyyələşdirilməni heç vaxt bərpa etməyəcəyini istisna etməyib.