FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Bu gözəlin adı Yerdir: kosmosdan planetin unikal şəkilləri

Sputnik

Ekoloqlar iddia edirlər ki, son zamanlar koronavirusun yayılması nəticəsində bir çox istehsal müəssisələrinin müvəqqəti bağlanması səbəbindən Yerdəki hava bir qədər təmizlənib. Ekspertlərin hesablamalarına görə, məhdudlaşdırıcı tədbirlər səbəbindən karbon tullantıları bu il 6% azalıb.

NASA və Avropa Kosmik Agentliyinin peykləri atmosferə zərərli tullantıların əhəmiyyətli dərəcədə azaldığını qeyd ediblər. Bəzi ölkələrdə, ilin əvvəlindən karbon tullantıları İkinci Dünya Müharibəsi dövründəki göstəricilərlə eyni səviyyəyə düşüb.

Təqdim olunan görüntülər planetimizin necə gözəl olduğunu göstərir: okeanlar və dağlar, meşələr və səhra. Ola bilsin ki, bu cür şəkillər bəşəriyyəti təbiətə və ətraf mühitə daha diqqətlə yanaşmağa vadar edəcək.

1 / 14
Deep Space Climate Observatory kosmik aparatı vasitəsi ilə lentə alınan Ayın Yer kürəsi fonunda unikal fotosu
2 / 14
Beynəlxalq Kosmik Stansiyadan (BKS) Yer kürəsinə mənzərə
3 / 14
BKS-in göyərtəsindən Yerdə tropik qasırğaya mənzərə
4 / 14
BKS-in göyərtəsindən Mərkəzi Amerika
5 / 14
Yerin kiçik süni CubeSat peykləri
6 / 14
Kosmonavt Anton Şkapler tərəfindən Yerin illüminatordan mənzərəsi
7 / 14
Ayın orbitindən "Apollo 8" missiyası zamanı lentə alınan Yerin ilk fotosu, 24 dekabr 1968-ci il
8 / 14
Astronavt Skott Kellinin BKS-in göyərtəsindən çəkdiyi Yerin mənzərəsi
9 / 14
"Roskosmos"un astronavtı Oleq Artemyev tərəfindən BKS-dən çəkilən Yerin mənzərəsi
10 / 14
BKS-dən amerikalı astronavt Skott Kelli tərəfindən çəkilən Qazaxıstanın Tenqiz gölü
11 / 14
Ayın orbitindən Yerə mənzərə
12 / 14
Beynəlxalq Kosmik Stansiyadan çəkilən şimal şəfəqi
13 / 14
Beynəlxalq Kosmik Stansiyadan Astronavt Aleksandr Qerst tərəfindən çəkilən "Florens" qasırğası
14 / 14
Yer kürəsinin atmosferinin işıqlanması