CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avtobusda maska taxmayanlar cərimələnə bilərlər

"Biz daha çox cərimələməyə yox, maarifləndirməyə üstünlük verməliyik. Əgər sıxlıq həddindən çox olarsa, bunun üçün məhdudlaşdırıcı tədbirlər görüləcək"
Sputnik

BAKI, 4 may — Sputnik. “Koronavirusa dair metodiki göstərişlərdə bildirilir ki, ictimai nəqliyyatda tibbi maska taxmaq məcburidir”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfrasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib. O deyib ki, buna əməl edilmədikdə cərimə mexanizminin işə düşməsi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qərar veriləcək: "Biz daha çox cərimələməyə yox, maarifləndirməyə üstünlük verməliyik. Əgər sıxlıq həddindən çox olarsa, bunun üçün məhdudlaşdırıcı tədbirlər görüləcək”.