BAKI, 4 may — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp ölkəsində koronavirus qurbanlarının sayı ilə bağlı yeni proqnoz verib. Sputnik Azərbaycan xəbər verir ki, Tramp proqnozunu "Fox News"-ə istinadən xəbər verir.
Onun sözlərinə görə, ABŞ-da koronavirusdan 100 mindən çox şəxs ölə bilər. Bu da onun əvvəlki proqnozundan əhəmiyyətli dərəcədə çoxdur: "Biz 75-80 mindən 100 minə qədər adam itirə bilərik".
Tramp eyni zamanda bu durumu "dəhşətli vəziyyət" adlandırıb.
Bu günə olan məlumata görə, dünyada koronavirusa yoluxanların sayı 3 507 265-ə çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.
Məlumata əsasən, virusa yoluxmuş 247 491 nəfər vəfat edib, 1 127 887-i isə sağalıb.
Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 1 milyon 158 min 041 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə İspaniya ilk yerdədir. Belə ki, bu ölkədə 217 451 yoluxma qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.